Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb - FOTO

25 Avqust 2019 21:09

Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğın nəticəsində 15 ha sahədə əsasən, quru ot, kol-kos və qismən ağaclar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub.

Yanğın saat 18.20-də söndürülüb.

Milli.Az