Ramil Quliyev ikinci oldu

25 Avqust 2019 23:18

Azərbaycanlı atlet Ramil Quliyev Beynəlxalq Atletika Federasiyaları Birliyinin təşkilatçılığı ilə Fransada keçirilən "Almas Liqa"da uğur qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramil, Parisdə keçirilən yarışın 12-ci mərhələsində 200 metr məsafəyə qaçışda 2-ci yeri tutub. Quliyev bu nəticəyə 20.01 dərəcə ilə nail olub.

Bu məsafəyə qaçışda birinciliyi isə ABŞ təmsilçisi Noah Lisey qazanıb.

Milli.Az