"Salah yenə öz səviyyəsini göstərdi"

25 Avqust 2019 20:55

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində öz meydanında "Arsenal"a 3:1 hesabı ilə qalib gələn "Liverpul"un baş məşqçisi Yurgen Klopp matçdan sonra açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, alman mütəxəssis qələbəyə layiq olduqlarını bildirib:

"Matçın əvvəlində "Arsenal"ın oyun sistemi bizi təəccübləndirdi, amma dəqiqələr keçdikcə, öz sistemimizdə dəyişiklik etdik və qələbə qazanmağı bacardıq. Qol buraxmamağı çox istəyərdim, amma edəcək bir şey yoxdur. Arsenal səviyyəli bir komandadır. Bundan başqa, onlara qol epizodu yaratmaq imkanı vermədik. İstədiklərimizi meydanda göstərdik. Qələbə qazanmağa layiq idik. Qazandığımız penalti də çox düzgün idi. Məhəmməd Salahın 3-cü qolu möhtəşəm alındı. O, yenə öz səviyyəsini göstərdi".

52 yaşlı mütəxəssis, "Arsenal"ın daha çox topa sahib olması ilə bağlı da danışıb:

"80 dəqiqə ərzində oyuna nəzarət bizdə idi. Bəlkə də, son 10 dəqiqədə "Arsenal" kəsərli oyun göstərib. Biz "Disneylend" deyilik, hamını hər saniyə həyəcanlandırmaq məcburiyyətində deyilik".

Milli.Az