Ev əşyaları ilə birlikdə yanıb

25 Avqust 2019 20:41

Beyləqanda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Beyləqan rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 20 m² olan köməkçi tikili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az