5 otaqlı ev yanıb

25 Avqust 2019 19:59

Saatlıda yanğlın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Məmmədabad kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az