Türkiyə üç şəhid verdi

25 Avqust 2019 19:02

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-3" antiterror əməliyyatı zamanı ağır itki ilə üzləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, PKK terrorçuları ilə atışmada 3 hərbçi şəhid olub, yeddisi isə yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Bölgədə antiterror əməliyyatı davam edir.

Milli.Az