Makron: "Bütün "G7" iştirakçıları İranla münaqişədən..."

25 Avqust 2019 19:31

Bütün "G7" iştirakçıları İranla münaqişədən yayınmağa çalışırlar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "LCİ" telekanalına Fransa prezidenti Emmanuel Makron deyib.

E.Makron bildirib: "Biz hamımız İranla münaqişədən yayınmağa çalışııq. ABŞ prezidenti Donald Tramp bunu tamamilə aydın şəkildə dedi".

Onun sözlərinə görə, bütün "G7" ölkələri İrana dair birgə mövqe ilə bağlı razılığa gəliblər.

Milli.Az