2 otaqlı ev yanıb

25 Avqust 2019 16:16

Gədəbəydə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Arıqdam kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az