Aktyor yol qəzasında öldü

25 Avqust 2019 15:54

Rusiya aktyor və rejissoru İqor Xomski Moskva şəhərində yol qəzasında həyatını itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün şəhərin cənubi-şərqində qeydə alınıb. Avtomobil sürücüsü idarəetməni itirərək yaxınlıqda duran nəqliyyat vasitəsinə çırpılıb.

Qəza törədən sürücü - İqor Xomskinin hadisə yerində vəfat etdiyi təsdiqlənib.

Milli.Az