İsrail təyyarələri Livanın hava məkanını pozub

25 Avqust 2019 14:22

İsrailin bir neçə qırıcı təyyarəsi livanın paytaxtı və cənub şəhərləri üzrəində uçuş həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Beyrut şəhərinin hava limanının nümayəndəsi deyib.

Nümayəndə bildirib: "Biz onları Beyrut və cənubi Livan üzərində uçarkən gördük. Bir sıra manevr həyata keçirdikdən sonra onlar Livanın hava məkanını tərk etdilər".

Xatırladaq ki, ötən gün Livanın "Hizbullah" hərəkatı Beyrut yaxınlığında İsrailə məxsus pilotsuz uçuş aparatını vurub.

Milli.Az