Renat Dadaşov Portuqaliya Premyer Liqasında debüt etdi

25 Avqust 2019 12:58

Milli komandamızın hücumçusu Renat Dadaşov Portuqaliya yüksək liqasında ilk matçına çıxıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, o, yeni klubu "Pakuş de Ferreyra"nın heyətində səfərdə "Boavişta"yə qarşı oynayıb. Əsas heyətdə yer alan gənc futbolçumuz 80-ci dəqiqədə əvəzlənib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. "Pakuş de Ferreyra"dən qolu Marko vurub.

Qeyd edək ki, 3 turdan sonra "Pakuş de Ferreyra" 1 xalla sonuncu - 18-ci yerdədir.

Milli.Az