Bakıda gənc oğlan bıçaqlandı

25 Avqust 2019 09:39

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə S.S.Axundov küçəsində qeydə alınıb.

Bildirilir ki, 2000-ci il təvəllüdlü Lətifli Mirsehran Seyidhəmzə oğlu metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında naməlum şəxslə mübahisə zamanı iki bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub.

Cinayət faktı ilə əlaqədar polis əməliyyat tədbirləri aparır. 

Milli.Az