ABŞ-da 6 nəfəri ildırım vurdu

25 Avqust 2019 09:34

ABŞ-ın Atlanta şəhərindəki qolf meydançasına ildırım düşməsi nəticəsində 6 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ildırım insanların yağışdan gizlənmək üçün altında dayandıqları ağacı vurub.

Xəsarət alanların həyatı təhlükəsi yoxdur.

Milli.Az