Azərbaycan və Rusiya birgə turizm layihələrinin inkişafı variantlarını öyrənirlər

25 Avqust 2019 09:15

Azərbaycan Dövlət Turizm Agentliyi ortaq turizm layihələrinin həyata keçirilməsi ilə bağlı rusiyalı tərəfdaşlarla danışıqları davam etdirir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, Tərəflər Şimali Qafqaz istiqamətində birgə pilot layihələr yaratmaq üçün mümkün variantları nəzərdən keçirirlər: "Hazırda tərəflər qarşıdan gələn ilin sonuna qədər başlaya biləcək birgə layihələrin təfərrüatlarını müzakirə edirlər. Hər iki tərəf, xüsusilə bu günə qədər istifadə edilməmiş böyük potensialı nəzərə alaraq turizm sahəsində sıx əməkdaşlıqda maraqlıdır. Layihələr Azərbaycan və Rusiya arasındakı yeni turizmin marşrutların yaradılmasına, həmçinin kurort və sanatoriya istiqamətinin inkişafına yönəlib".

Qeyd etmək lazımdır ki, Azərbaycanda Rusiyanın kurort və sanatoriya sektoruna maraq hər il, xüsusən Şimali Qafqazdakı Mineralnıye Vodı kurortları ilə əlaqəli populyarlığı ilbəil artır. Xüsusilə, Şimali Qafqazda Azərbaycan sərmayələri ilə tikilən bir neçə sanatoriya var, bunlardan biri Essentukidəki müasir "İstoçnik"(Mənbə) sanatoriyasıdır, bu layihəyə qoyulan ümumi sərmayə 1,5 milyard rubl təşkil edib. Bundan əlavə, tərəflər Kislovodskda bir spa kompleksi və Jeleznovodskda bir sanatoriya inşa etmək üçün ortaq bir layihə üzərində işləyirlər. Bu obyektlərin istismara verilməsi 2020-ci ilə planlaşdırılıb.

Milli.Az