Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

25 Avqust 2019 09:24

Dünən Lənkəranda iki nəfər batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, onlar qeyri-çimərlik ərazisində çimirmişlər.

Batma təhlükəsi ilə üzləşən şəxslər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas olunublar.

Milli.Az