"Real" doğma meydanda xal itirdi

25 Avqust 2019 09:10

Futbol üzrə İspaniya La Liqasında 2-ci turun oyunları keçirilir. Milli.Az matc.az-a istinadən bildirir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Yeni mövsümə "Selta" üzərində qələbə ilə başlayan "Real" bu turda "Valyadolid"i sınağa çəkib. Madrid klubu doğma meydanda xal itkisi ilə üzləşib.

"Xetafe" - "Atletik" görüşündə də tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. "Osasuna" - "Eybar" matçında isə ümumiyyətlə qapılara qol vurulmayıb. Günün yeganə qalibi doğma meydanda "Valensiya"nı minimal hesabla üstələyən "Selta" olub.

İspaniya La Liqası
2-ci tur

23 avqust

Qranada - Sevilya 0:1
Qol: Cordan, 52.

Levante - Vilyarreal 2:1
Qol: Rocer, 68-pen; 73-pen - Moreno, 3.

24 avqust

Osasuna - Eybar 0:0

Real - Valyadolid 1:1
Qol: Benzema, 82 - Qvardiola, 88.

Selta - Valensiya 1:0
Qol: Fernandes, 15.

Xetafe - Atletik 1:1
Qol: Mata, 12 - Qarsiya, 6.

25 avqust

19:00 Alaves - Espanyol
19:00 Malyorka - Real Sosyedad
23:00 Leqanes - Atletiko
23:00 Barselona - Betis

Milli.Az