Dəməşqdə partlayışlar

25 Avqust 2019 09:05

İsrail hərbçiləri İranın hərbi qüvvələrinin Suriyadakı obyektlərinə hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İsrail hərbi təyyarələri Dəməşqdən cənub-şərqdə "bir sıra terrorçu hədəfləri" - İranın "Əl-Kuds" birləşmələrinin və Akraba kəndində şiə dəstələrinin obyektlərini məhv edib.

Bildirilir ki, İranın kamikadze PUA-lar vasitəsilə İsrailin şimalında hücum həyata keçirməsinə imkan verilməyib. Bununla yanaşı, onlar İran qüvvələrinin şəxsi tərkibi arasında itkilərin ola biləcəyini qeyd edir.

Milli.Az