"Fənərbağça" "Başakşəhər"i məğlub edib

25 Avqust 2019 08:40

Avqustun 24-də futbol üzrə Türkiyə Superliqasında ikinci tur çərçivəsində növbəti oyunlar keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, turun mərkəzi görüşündə İstanbulun iki komandası "Başakşəhər" və "Fənərbağça" qarşılaşıb.

Baş hakim Halil Umut Melerin idarə etdiyi görüşdə "Fənərbağça" rəqibini oyunun əsas vaxtına əlavə olunmuş son dəqiqədə vurduğu qol sayəsində 2:1 hesabı ilə məğlub edib.

Türkiyə Super Liqası
2-ci tur

23 avqust

Beşiktaş - Göztəpə 3:0
Qol: G.Yalçın, 45+1. C.Erkin, 54. Lyayiç, 59.

24 avqust

Ankaragücü - Kayserispor 1:1
Qol: Orgill, 59 - U.Bulut, 90+3.

Alanyaspor - Kasımpaşa 4:1
Qol: Bakasetas, 29. Sisse, 54. Fernandes, 60. Bammu, 89 - Tiam, 33.

Başakşəhər - Fənərbaxça 1:2
Qol: Krivelli, 32 - Muriqi, 77. Dirar, 90+2.

25 avqust

20:15 Rizəspor - Sivasspor
20:15 Trabzonspor - Yeni Malatyaspor
22:45 Antalyaspor - Dənizlispor
22:45 Qalatasaray - Konyaspor

26 avqust

21:00 Qazişəhər - Gənclərbirliyi

Milli.Az