Türkmənistan və İran arasında birbaşa dəniz nəqliyyatı marşrutu yaradılacaq

25 Avqust 2019 07:34

Türkmənistan və İran arasında dəniz nəqliyyatı üzrə birbaşa marşrutun yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, I Xəzər İqtisadi Forumu çərçivəsində "Xəzər beşliyi"nin nəqliyyat idarələri rəhbərlərinin görüşündə Tehran və Aşqabad dəniz nəqliyyatı üzrə birbaşa marşrut yaratmaq barədə razılığa gəliblər.

Bununla bağlı sənəd oktyabr ayında Aşqabadda keçiriləcək sammitdə imzalanacaq. Tərəflər arasında vizaların sadələşdirilməsi, dəniz mühitinin qorunması məsələlərinin müzakirəsi də gözlənilir.

Milli.Az