Ağstafada 17 yaşlı qızı maşın vurdu

24 Avqust 2019 22:12

Ağstafada piyadanı maşın vurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Dağ Kəsəmən kənd sakini 2002-ci il təvəllüdlü Əliyeva Zəkiyyə Elşad qızı yolu keçən zaman Rusiya vətəndaşının idarə etdiyi avtomobil tərəfindən vurulub. Piyada bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az