Millimizin üzvü üçün 90 dəqiqə

24 Avqust 2019 19:46

Almaniyanın üçüncü bundesliqasında 6-cı turun oyunları davam edir

Milli.Az qol.az-a istinadən xəbər verir ki, milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" doğma meydanda "Yürdinqen"lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Rüfət start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.

Qeyd edək ki,  "Proyssen" hazırda 8 xalla 10-cu pillədə qərarlaşıb.

Milli.Az