Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb

24 Avqust 2019 18:59

Yevlaxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 7-də rayon ərazisindəki evlərin birindən 1050 manat və 600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Balakən rayon sakini H.Məhərrəmov və İmişli rayon sakini Ə.Mirzəyev saxlanılıblar.

Milli.Az