Toy karvanında qəza, bəylə gəlin yaralandı

24 Avqust 2019 18:06

İranın Zəncan vilayətində Qeydar yolunda toy karvanında ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Zəncan vilayətinin yol polisinin rəis əvəzi polkovnik Məhəmməd Əli Əzimi deyib.

M.Əziminin sözlərinə görə, toy karvanında "Peugeot Pars" markalı avtomobilin aşması nəticəsində 2 nəfər həlak olub.

Hadisə nəticəsində bəylə gəlin də yaralanıb və xəstəxanaya yerləşdirilib.

Polis rəisi hadisəyə səbəbin sürət həddini aşma olduğunu deyib.

Milli.Az