Türkiyə İraqda "Pəncə- 3" əməliyyatına başladı

24 Avqust 2019 18:00

İraqın şimalında yerləşən Sinat-Haftanin bölgəsində "Pəncə-3" hərbi əməliyyatı başlayıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 23-də terrorçuların bölgədəki mağara və sığınacaqlarını məhv etmək məqsədi ilə "Pəncə-3" adlı əməliyyata start verilib. Hazırda əməliyyatlar uğurla davam etdirilir.

Milli.Az