Bakıda 51 yaşlı kişi yüksək dozada narkotikin təsirindən ölüb

24 Avqust 2019 13:44

Bakı sakini yüksək dozada narkotikin təsirindən ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Yasamal rayon sakini, 1968-ci il təvəllüdlü Əliyev Natiq Adil oğlu yaşadığı evdən anidən ölüb. Meyitin ilkin müayinəsi zamanı onun yüksək dozada narkotikin təsirindən öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az