Rusiya sualtı qayıqlardan ballistik raketlər buraxıb

24 Avqust 2019 17:30

Rusiya sualtı qayıqlardan ballistik raketlər buraxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyanın Şimal Buzlu okenanında və Barents dənizindəki "Tula" və "Yuri Dolqorukiy" sualtı qayıqlarıdan buraxılan ballistik raketlər uşuşu uğurla tamamlayaraq Arxangelsk vilayətindəki "Çij" və Kamçatka yarımadasındakı "Kura" təlim meydanlarındakı hədəfləri vurub.

Rusiya Müdafiə Nazirliyi atışlar zamanı raketlərin texniki xüsusiyyətlərinin və sualtı gəmilərin raket sistemlərinin işləkliyinin yoxlanıldığını bildirib.

Milli.Az