Əfqanıstanda FACİƏ: 6 ölü

24 Avqust 2019 12:04

Əfqanıstanda yol-nəqliyyat qəzasında 6 nəfərin öldüyü, daha 12 adamın isə yaralandığı bildirilir. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, insident Qəndəhar avtomagistralında baş verib.

Saytın məlumatına görə, Məyvand rayonu yaxınlığında sərnişin avtobusu sürücünün səhlənkarlığı ucbatından sürət həddini aşaraq və idarəetməni itirərək yolun kənarındakı yarğana yuvarlanıb. Əyalətin yol polisinin rəisi Sərdar Məhəmməd Naseri bildirib ki, həlak olanların arasında üç qadın və iki azyaşlı var. Yaralılar Qəndəhar şəhərinin xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az