Azərbaycanlı tələbə suda boğuldu - Gürcüstanda

24 Avqust 2019 15:00

Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.

Milli.Az APA -ya istinadən bildirir ki, qonşu ölkədə ali təhsil alan, Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq ölüb.

Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib. Onun bu gün dəfn ediləcəyi bildirilir.

Milli.Az