UEFA AFFA-ya sertifikat göndərib
3 Noyabr 2011 12:24
Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Kiprin Limassol şəhərində keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan hakimlərin təhsilinin artırılması Konvensiyasına qəbul edilmişdi. Azerisport.az xəbər verir ki, artıq bu faktı təsdiq edən sertifikat UEFA tərəfindən AFFA-ya göndərilib.
Xatırladaq ki, 2012-2013 mövsümündən başlayacaq və 2015-2016 mövsümündə yekunlaşacaq konvensiyanın müddəti 4 ili əhatə edir.
Milli.Az