Yaponiyada zəlzələ - 5,5 bal

24 Avqust 2019 12:54

Avqustun 24-də Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Fukusima prefekturasının Namie kəndindən 128 kilometr şərqdə yerləşib.

Dağıntılar və zərərçəkənlərin olması barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

Milli.Az