Tokioda Yaponiyanın ən hündür göydələni inşa olunacaq

24 Avqust 2019 17:48

Yaponiyanın "Mori Building" tikinti şirkəti Tokionun mərkəzində "Gündoğar ölkə"nin ən hündür göydələnini inşa edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtın Minato rayonunda həyata keçiriləcək layihənin "Toranomon-Azabuday" adlanan ən hündür binasının hündürlüyü 330 metr olacaq.

2023-cü ildə inşaat işləri başa çatdırıldıqdan sonra 64 mərtəbəli bina Osaka şəhərində yerləşən və hündürlüyü 300 metr olan hazırkı lider Abeno Harukası ötəcək.

Şirkətin nümayəndələrinin bildirdiyinə görə, bina əsasən ofislər üçün nəzərdə tutulub. Yalnız son 11 mərtəbədə mənzillər yerləşəcək.

Əlavə olaraq bildirilir ki, həmin layihəyə ümumilikdə 3 tikili daxildir. Digər tikililərdə elit otel, beynəlxalq məktəb və müxtəlif dillərdə səhiyyə xidmətləri təklif edən xəstəxana yerləşəcək. Layihənin ümumi dəyəri 5,5 milyard dollar təşkil edəcək.

Milli.Az