Azərbaycan Premyer Liqasında 2-ci tur başlayır - "Sumqayıt" "Səbail"ə qarşı

24 Avqust 2019 11:24

Azərbaycan Premyer Liqasında II tura bu gün 1 oyunla start veriləcək. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki,  "Sumqayıt" doğma meydanda "Səbail"lə qarşılaşacaq. Hər iki komanda çempionata qələbəylə başladığından, bu dəfə kimsə büdrəyəcək. Qalib gələnsə liderlər qrupunda yerini möhkəmlədəcək. 

Qeyd edək ki, turun digər oyunları 25-26 avqust tarixlərində keçiriləcək.

Azərbaycan Premyer Liqası, II tur

24 avqust (şənbə)

19:00. "Sumqayıt" - "Səbail"
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Sumqayıt. "Kapital Bank Arena" stadionu

Milli.Az