Makqreqor döydüyü kişidən ÜZR İSTƏDİ

25 Avqust 2019 02:30

Məşhur qaydasız döyüşçü (MMA) Konor Makqreqor barda döydüyü yaşlı kişidən üzr istəyib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, irlandiyalı döyüşçü Dublində yaşlı kişiyə hücum etməsi barədə bunları deyib:

"Həmin barda nəyin baş verdiyinin fərqi yoxdur. Səhv etdim. Baş verənlərə görə məsuliyyət daşıyıram. Mən yaxşılaşmaq üçün daim irəliləyirəm".
Qeyd edək ki, hadisə avqustun 15-də yayılan videoda Makqreqor barda yaşlı kişiyə pivə təklif edir və kişi onun təklifini qəbul etməyincə, məşhur idmançının yumruğuna tuş gəlir.

Milli.Az