"Bavariya"nın futbolçusu Fransa klubunda

24 Avqust 2019 10:49

"Bavariya"nın yarımmüdafiəçisi Renatu Sanşeş Fransanın "Lill" klubuna transfer olub.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün Münhen klubuna 25 milyon avro təzminat ödənilib..

"Bavariya" Sanşeşi "Benfika"dan 2016-cı ildə 35 milyon avroya transfer etmişdi.

Milli.Az