Türkiyədə baş verən qəzada iki nəfər ölüb

24 Avqust 2019 08:57

Ankarada bir yük maşını ilə bir avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtomobilin sürücüsü idarəetməni itirərək dayanan yük maşını ilə toqquşub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, iki nəfər dünyasını dəyişib.

Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.

Milli.Az