8 min manata yaxın pul və qızıl əşyalar oğurladı, ələ keçdi

23 Avqust 2019 22:04

Masallı rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən M.Səlimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki evlərin birindən 7100 manat və 220 avro pul, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qızılağac kənd sakini M.Səlimov saxlanılıb.

Milli.Az