Evdən 14 500 manat oğurlanıb

23 Avqust 2019 20:50

Göyçayda evdən 14 500 manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 8-də Mırtı kəndindəki evlərin birindən 14 500 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini E.Abseyidov saxlanılıb.

Milli.Az