"Sabah" Ozan Can Kökçü transferini açıqladı

23 Avqust 2019 19:49

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az xəbər verir ki, paytaxt klubu rəsmi saytı vasitəsi ilə 21 yaşlı yarımmüdafiəçi Ozan Can Kökçü ilə 2 illik müqavilə bağladığını açıqlayıb. 

Gənc futbolçu peşəkar karyerası ərzində Hollandiyanın "Valveyk", Türkiyənin "Bursaspor" və "Girəsunspor" klublarında oynayıb.

Ozan Can Azərbaycanın U-21 millisində də çıxış edib.

Milli.Az