Adını deməyən şəxs marketin “nisyə dəftəri”ni satın aldı

23 Avqust 2019 17:37

Türkiyənin Antalya şəhərində hər kəsin təəccübünə səbəb olacaq hadisə yaşanıb. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, adını açıqlamayan xeyirxah biri Soğuksu məhəlləsində marketin "nisyə dəftəri"ni satın alıb. 

Mağaza sahibi Osman Cengiz obyektinin qarşısına afişa asaraq hər kəsin borcunun ( 6 min 500 TL) ödəndiyini elan edib. 

"Dəftərin şəklini göndərdik. Elə yerindəcə pul hesabımıza göndərildi. Kimliyini bilmirik, sağ olsun. Dəftəri cırıb rəfə qoydum. Bizdən tək istəyi mağazanın qarşısına afişa vurmağımız oldu. Borcunu ödəməyə gələnlər həm təəccübləndi, həm də sevindilər"- deyə O. Cengiz bildirib. 

Milli.Az