Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı

23 Avqust 2019 21:00

Futzal üzrə FİFA referisi Hikmət Qafarlı təyinat alıb.

Milli.Az xəbər verir ki, Qafarlı avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək.

Yunanıstanda təşkil olunacaq qrup oyunlarında "Minerva" (İsveçrə), "Blue Magic" (İrlandiya), "Miercurea Ciuc" (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.

Avqustun 28-də keçiriləcək "Minerva" - AEK oyununda birinci hakim olacaq Qafarlı ertəsi gün "Minerva" - "Miercurea Ciuc" matçında üçüncü, AEK - "Blue Magic" duelində ikinci hakim olacaq.

Milli.Az