Biləsuvar sakini Bakıdan maşın qaçırdı - Polis hərəkətə keçdi

23 Avqust 2019 16:41

Xətai rayonu ərazisindən "Mercedes" markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, avqustun 22-də Xətai rayonu ərazisindən "Mercedes" markalı avtomobil qaçırılıb.

Xətai RPİ 35-ci PB və Bakı şəhər DYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini A.İsmayılov saxlanılıb.

Milli.Az