31 yaşlı kişi küçədə bıçaqlandı

23 Avqust 2019 16:37

Şəmkirdə 31 yaşlı kişi küçədə bıçaqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Mahmudlu kəndində baş verib.

Rayonun Keçili kənd sakini, 1995-ci il təvəllüdlü Oruclu Ayxan Azər oğlu 1988-ci il təvəllüdlü İsgəndərov Elmil İmmaverdi oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə A.Oruclu E.İsgəndərova iki bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az