"Sevgilim məndən 12 yaş kiçikdir" - Meyxanaçı Samirə

23 Avqust 2019 18:19

"Oğlum və qızım sabah gedib ailə həyatı qurub, həyat yoldaşlarının yanında olacaq. Bəs mənim yanımda kim olacaq? Ona görə də ailə üzvlərim evlənməyimə qarşı deyillər".

Milli.Az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında meyxanaçı, müğənni Samirə Yusifqızı deyib. O özündən 12 yaş kiçik bəylə sevgi yaşadığında açıqlayıb:
 
"Çox gözəl sevgi yaşayıram. Adıı açıqlamaq istəmirəm. Sevgilim məndən 12 yaş kiçikdir. Onu dəli kimi sevirəm, o da bu sevginin qarşılığını verir. Mən ailə həyatı qursam da övladlarımın atasına hörmətlə yanaşmışam amma bu şəxs mənim ilk sevgimdir. Münasibətimizi ciddiləşdirmək istəmirik, qorxuruq belə olsa, sevgi itər. İnsan əlçatan olanda sadələşir. Mən də çalışıram ki, onun xoşuna gəlməyən hərəkətləri etməyim. Onu sevəndən sonra özümü əsl qadın kimi xoşbəxt hesab edirəm Heç kişi məclisimə getməyimə də qarışmır. O bilir ki, mən 1 milyon kişinin arasında olsam da xəyanət etmərəm".
 
Samirə onu tənqid edənlərə müraciət edib: "Yazılan şərhləri evdəkilər oxuyub, çox üzülür. Ən çox anam və xalam pis olur. Bir pis şərh olan kimi xalam yığıb ağlayır ki, sən bizi biabır edirsən. Bu nədir sənin ünvanına yazırlar? Mənim isə heç vecimə deyil".

Milli.Az