Hindistanda məbədin divarları çökdü - Ölənlər var

23 Avqust 2019 17:47

Hindistanın şimal-şərqindəki Qərbi Benqal ştatında məbədin divarlarının çökməsi nəticəsində 4 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha 27 nəfər müxtəlif xəsarətlər alıb.

Hadisə yerli bayram zamanı baş verib. Divarlar aşan zaman məbəddə çoxlu sayda ziyarətçi olub.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Milli.Az