“Napoli” tarixinin ən bahalı transferi oldu

23 Avqust 2019 17:49

PSV-nin hücumçusu İrvin Losano karyerasını "Napoli"də davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda İtaliya klubunun saytı məlumat yayıb. Meksika millisinin futbolçusuna görə 40 milyon avro təzminat ödənilib. "Bu klubun tarixində ən bahalı transferdir" - deyə məlumatda bildirilib.

Onunla 2024-cü ilin iyununa qədər - 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm Losano PSV-nin heyətində Hollandiya çempionatında 30 matçda meydana çıxıb, 17 qol vurub, 11 qolun isə ötürməsini edib.

Milli.Az