Yeni Ramanada 2 hektar quru ot sahəsi və 50 ədəd şam ağacı yanıb

23 Avqust 2019 16:24

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində yanan quru ot və kol-kos söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində açıq ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az