Türkiyədə FETÖ-çülərlə bağlı 19 ünvanda axtarış aparıldı

23 Avqust 2019 15:59

Türkiyənin İzmir şəhər Baş Prokurorluğunun Terrorla mübarizə şöbəsinin əməkdaşları FETÖ terror təşkilatının üzvlərinə aid evlərdə axtarış aparıblar.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, 19 müxtəlif ünvanda aparılan axtarışlar zamanı FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb. Onların evlərindən çox sayda saxta şəxsiyyət vəsiqəsi, təşkilatla xəbərləşmək üçün istifadə edilən telefonlar və kompüterlər, külli miqdarda pul, videomateriallar ələ keçirilib.

Saxlanılanlar aidiyyəti qurumlara təhvil veriliblər.

Milli.Az