Ən çox qida zəhərlənməsi baş verən məşhur istirahət mərkəzləri

23 Avqust 2019 22:10

İngiltərə mediası turistlərin ən çox qida zəhərlənməsi hallarının müşahidə olunduğu ən pis istirahət mərkəzlərinin adlarını açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, siyahıya Misirin məşhur Hurqad şəhəri başçılıq edir. 

"Sick Holiday" araşdırma şirkətinin və "YorkTest" laboratoriyasının araşdırmalarına görə, 2017-ci ilin əvvəlindən bu yana Hurqadda 380 turist qida zəhərlənməsilə üzləşib. 

Anti-reytinqin növbəti pilləsində Dominikan Respublikasındakı "Punta-Kana" qərarlaşıb. Orada isə 211 nəfər zəhərlənib.

İlk üçlüyə məşhur "Playa-del Karmen" istirahət guşəsinin daxil olduğu Meksikadakı Riviera-Maya sahilləri daxildir. Burada 182 nəfərdə xəstələnmə qeydə alınıb.

İlk onluqda Türkiyənin Antalya, Meksikanın Kankun, Kabo-VerderBoa-Vişta, Sal adaları, Mərakeşin "Marokkan", İspaniyanın "Mayorka" və "Benidorm" istirahət mərkəzləri yer alır.

Milli.Az