2650 km məsafədən ayın FOTOsu - Apollo krateri və Şərq dənizi hövzəsi görünür

23 Avqust 2019 13:04

Hindistanın kosmik gəmisi ayın görüntüsünü çəkib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, iyul ayının 22-də kosmosa göndərilən insansız hava gəmisi 2650 kilometr məsafədən ayın şəklini lentə alıb.

"Chandrayaan-2" adlı gəmi vasitəsi ilə çəkilən foto Hindistan Kosmik Araşdırmalar Mərkəzinin ( ISRO ) rəsmi tvitter səhifəsində paylaşılıb. Kadrlarda Apollo krateri və Şərq dənizi hövzəsi əks olunub.

Qeyd edək ki, əməliyyat uğurlu alınsa Hindistan ABŞ, SSRİ və Çindən sonra aya eniş edən 4-cü ölkə olacaq.

Bəxtiyar Umarlı
Milli.Az