Diqqət! Bakıda bəzi küçələrdə rənglənmə işləri aparılacaq

23 Avqust 2019 11:59

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov bağının ətrafı, Səid Rüstəmov və Əhməd Cavad küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

Milli.Az